...

Zakir Haşımov: Azərbaycan prezidentinin türkdilli dövlət başçılarının sammitində iştirakı planlaşdırılır

Siyasət Materials 7 Sentyabr 2006 13:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-də Türkiyənin Antalya şəhərində keçiriləcək türkdilli dövlət başçılarının növbəti sammitində iştirak edə bilər. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov məlumat verib.

Diplomat qeyd edib ki, görüşün gündəliyi hələ təsdiqlənməyib. Görüşdə İlham Əliyevdən başqa, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstan dövlət başçılarının da iştirakı gözlənilir.

Xatırladaq ki, türkdilli dövlət başçılarının birinci görüşü Türkiyənin keçmiş prezidenti Turqut Özalın təşəbbüsü ilə 1992-ci il oktyabrın 30-31-də Ankarada keçirilib. Sammit türkdilli dövlətlər arasında yüksək səviyyədə ilk birbaşa əlaqə olub. Hövbəti sammitlər 1994-cü ildə İstanbulda, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada keçirilib. Sonuncu görüş isə 2000-ci il aprelin 8-də Bakıda keçirilib və sammitin yekunları üzrə Bakı bəyannaməsi qəbul olunub.

Xəbər lenti

Xəbər lenti