...

Millət vəkili Fuad Muradov Helsinkidə keçirilən beynəlxalq konfransda iştirak edir

Siyasət Materials 7 Sentyabr 2006 13:32 (UTC +04:00)

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov sentyabrın 6-da Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun dəvəti ilə Finlandiyanın Helsinki şəhərinə rəsmi səfərə gedib. Bu barədə Trend ə Gənclər Təşkilatları Milli Şurasından məlumat verilib.

Azərbaycanlı millət vəkili 7-8 sentyabrda Avropa və Asiyadan olan gənc qərarqəbuledənlərin konfransında iştirak edəcək. Konfransın keçirilməsində məqsəd Avropa və Asiyadan olan qərarqəbuledən gənclərin perspektivini, Avropa-Asiya əlaqələrini müzakirə etmək, onların demoqrafiya və reproduktiv sağlamlıq istiqamətində liderliyini gücləndirməkdir.

Konfransda həmçinin gənclərin reproduktiv sağlamlığı və hüququ, AİDS, insan alveri və digər qlobal problemlər müzakirə ediləcək. Sentyabrın 7-də Fuad Muradov konfransda çıxış edəcək. Tədbirin sonunda bəyanat qəbul olunacaq. Bu konfransdan sonra Helsinkidə Asiya-Avropa sammiti keçiriləcək və gənc qərarqəbuledənlərin toplantısında verilən bəyanat hökumət başçılarının Asiya-Avropa Sammitinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti