...

Anatoli Kinax: Ukrayna və Azərbaycan parlamentlərində "Ukrayna-Azərbaycan" dostluq qrupları yaradılacaq

Siyasət Materials 8 Sentyabr 2006 17:09 (UTC +04:00)

Ukrayna və Azərbaycan parlamentlərində "Ukrayna-Azərbaycan" dostluq qrupları yaradılacaq. Trend in UNİAN-a istinadən xəbər verdiyi kimi, bu barədə Ukraynanın xalq deputatı, Ukrayna Sənayeçiləri və Sahibkarları İttifaqının prezidenti Anatoli Kinax bəyan edib.

Onun sözlərinə görə, Ukrayna prezidentinin Milli Məclisdə görüşünün yekunları üzrə "Ukrayna-Azərbaycan" dostluq qrupunun yaradılmasına dair qərar qəbul edilib. Analoji qrup Ukraynanın Ali Radasında da yaradılacaq.

Bundan başqa, əsas diqqət GUAM-ın fəaliyyətinin qanunvericilik təminatı, ilk növbədə azad ticarət rejimi ilə bağlı məsələlərin müzakirəsinə ayrılıb. O, Ukrayna və Azərbaycan arasında əməkdaşlığın intensivləşdirilməsi və genişləndirilməsi üçün mühüm ticari-iqtisadi potensialın olduğuna əmindir.

Ukrayna-Azərbaycan tərəfdaşlığının strateji əhəmiyyətini qeyd edən A.Kinax bildirib ki, V.Yuşenkonun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər zamanı dövlətlər arasında strateji tərəfdaşlığın inkişafı və təkmilləşdirilməsində qarşılıqlı maraq təsdiqlənib. Ötən il 40% artmış ikitərəfli mal dövriyyəsinin həcminin dinamik artımı ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına dəlalət edir", - deyə o qeyd edib.

Azərbaycanın iş adamları ilə ünsiyyət yaradan A.Kinax bildirib ki, Ukrayna üçün əməkdaşlığın prioritet istiqamətləri yanacaq-energetika və hərbi-sənaye kompleksi, maşınqayırma, nəqliyyat dəhlizlərinin inkişafı, tikinti və s.-dir. Onun sözlərinə görə, Ukrayna-Azərbaycan hökumətlərarası birgə komissiyasının işinin bərpası, "şübhəsiz ki, bu istiqamətlərdə əməkdaşlığın intensivləşməsinə və inkişafına şərait yaradacaq.

A.Kinax əminliyini bildirib ki, Ukrayna və Azərbaycan prezidentləri şurasının yaradılması iqtisadi və mədəniyyət sahəsində əməkdaşlığı intensivləşdirmək, hər iki ölkə və xalqr arasında etimadı möhkəmləndirmək üçün əlverişli mühitin yaranmasına imkan verəcək. A.Kinax onu da qeyd edib ki, yanacaq-energetika sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan işçi qrupunun yaradılması bu istiqamətdə maksimum konstruktiv, qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq paketinin formalaşmasına şərait yaradacaq. "2010-cu ilədək Azərbaycan neft hasilatını ildə 60 mln tona çatdırmağı planlaşdırır və bu, şübhəsiz ki, həm də Avropaya ixracın həcmini artıracaq. Bizim burada da "Odessa-Brodı" neft kəmərinin gücündən istifadə etmək üçün yaxşı imkanlarımız var", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti