Sentyabrın 15-də Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə paytaxtın Gəncədən Bakıya köçürüldüyü günün ildönümünü qeyd edəcək. Bu barədə Trend ə Klassik Xalq Cəbhəsi Partiyasından məlumat verilib.
Qeyd edək ki, Şərqdə ilk müstəqil cümhuriyyət olan Azərbaycan Demokratik Respublikasının paytaxtının Gəncədən Bakıya köçürülməsinə dair 1918-ci il sentyabrın 15-də qərar çıxarılıb. Həmçinin həmin dövr azərbycanlılara qarşı soyqırımlar törədilən zaman şanlı türk ordusunun Azərbaycana gələrək daşnak-bolşevik qruplaşmalarına qarşı mübarizə aparması ilə də tarixə düşüb.
Sentyabrın 15-də paytaxtın Bakıya köçürülməsi və türk ordusunun Bakını və digər əraziləri işğaldan azad etdiyi günün ildönümü münasibəti ilə KXCP sentyabrın 15-də tədbirlər keçirəcək. Əvvəlcə Bakıda Şəhidlər Xiyabanı ziyarət olunacaq. Şəhidlərin və türk əsgərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyulacaq, Azərbaycan və türk şəhidlərinin xatirəsi yad ediləcək. Sonra KXCP-nin qərargahında dəyirma masa keçiriləcək, ziyalılar, alimlər 1918-ci il 15 sentyabr hadisələrinin mahiyyəti barədə danışaqlar.
Həmçinin KXCP-nin Qobustan və Şamaxı rayon təşkilatlarına tapşırıqlar verilib ki, Şamaxı yolunda dəfn olunmuş türk ordusunun zabiti Qədir Əfəndinin məzarı ziyarət olunsun və onun məzarı önündə anım tədbiri keçirilsin.