...

FİEP-in qiymətləndirmə missiyası Daxili Qoşunların Bakının Qala qəsəbəsindəki hərbi hissəsində olub

Siyasət Materials 9 Sentyabr 2006 12:54 (UTC +04:00)

Sentyabrın 9-da Azərbaycanda səfərdə olan Avropa və Aralıq Dənizi Ölkələri Hərbi Statuslu Polis və Jandarmalar Birliyinin (FİEP) qiymətləndirmə missiyası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) Bakının Qala qəsəbəsindəki hərbi hissəsində olub. Bu barədə Trend ə DQ-nin Beynəlxalq Əlaqələr Şöbəsindən məlumat verilib.

Qonaqların hərbi hissəyə gəlişi tanışlıq xarakteri daşıyıb. Onlar hərbi hissədəki şəraitlə və müasir hərbi texnika ilə tanış olduqdan sonra əsgərlərin müxtəlif döyüş nümunələrini müşahidə ediblər. Qiymətləndirmə missiyası əsgərlərə qayğını və onların döyüş hazırlığını yüksək qiymətləndirib.

Günün ikinci yarısı isə qiymətləndirmə missiyasının Azərbaycana səfəri başa çatacaq.

Qeyd edək ki, Azərbaycan Aralıq Dənizi Ölkələri Hərbi Statuslu Polis və Jandarmalar Birliyinə (Fransa, İtaliya, İspaniya, Portuqaliya) üzv olmaq üçün müraciət edib. Bu müraciətlə bağlı nümayəndə heyəti Azərbaycanın Daxili Qoşunlarının durumunu, müasir standartlara uyğunluğunun səviyyəsini öyrənmək üçün ölkəmizə səfərə gəlib, Daxili Qoşunlarla ümumi tanışlıq keçirib. Missiyanın rəhbəri Ciovanni Katoldo iki gün ərzində DQ-nin hərbi hissələrə gedərək oradakı vəziyyəti və əsgərlərin döyüş qabiliyyətini müşahidə edib.

Ciovanni Katoldo təmsil etdiyi Birliyin rəhbər strtukturlarına Azərbaycanda müşahidə etdiyi vəziyyətlə bağlı məruzə edəcək.

Xəbər lenti

Xəbər lenti