Livan göstərdiyi humanitar yardıma görə Azərbaycana rəsmi olaraq minnətdarlığını bildirib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan XİN mətbuat mərkəzinin məlumatında bildirilir.
Müvafiq minnətdarlıq məktubu rəsmi Bakıya Livanın Ali Yardım Komissiyasının baş katibi, general Yehia Raad tərəfindən daxil olub. Məktubda hökumət adından Azərbaycandan yardımın alındığı təsdiq olunur və Livandakı böhranın birgə səylər nəticəsində həllinə ümid ifadə olunub.