Gəncə Dövlət Dram Teatrı 85 yaşını qeyd edəcək. Trend in bölgə müxbirinə bu barədə məlumat verən teatrın rejissoru Vaqif Şərifov bildirib ki, yubiley mərasiminə ciddi hazırlıq işləri aparılır.
Noyabrın 13-də qeyd olunması planlaşdırılan yubiley mərasiminə kimi teatr Bakıya qastrol səfərinə yollanacaq. Şərifov qeyd etdi ki, teart hazırda tətildədir, sentyabr ayının sonunda Süleyman Sani Axundovun "Eşq və intiqam" tamaşası ilə mövsümün açılışı olacaq. Bundan başqa, dövlət sifarişi ilə Gəncə Dövlət Dram Teatrında İlyas Əfəndiyevin "Qərib oğlan" tamaşası hazırlanacaq.