...

Azərbaycan prezidenti Daşkəsəndə bir sıra obyektlərin açılışında iştirak edəcək

Siyasət Materials 13 Sentyabr 2006 18:04 (UTC +04:00)

Daşkəsən rayonuna səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev regionun inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsi gedişi ilə tanış olacaq. Bu barədə Trend ə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının köməkçisi Kamran Həsənov məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısının regiona gəlişi ərəfəsində Gəncə-Xoşbulaq magistral yolunun inşası başa çatacaq.

Səfər zamanı bir sıra sənaye və sosial obyektlərin açılışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti