...

Naxçıvanda 2006-cı il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Siyasət Materials 13 Sentyabr 2006 18:40 (UTC +04:00)

Oktyabrın 6-da Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçiriləcək seçkiliərdə Naxçıvan Muxtar Respublikası iştirak edəcək. MR-də bələdiyyələrin sayı 55, seçiləcək üzvlərin sayı isə 86 nəfərdir. 55 bələdiyyədən 2-də təkrar, qalan 53 bələdiyyədə isə yeni seçkilər keçiriləcək.

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülmə prosesi seçkilər təyin olunduğu gündən başlayıb və 27 iyul 2006-cı ildə başa çatıb. Namizədlərin irəli sürülməsi Seçki Məcəlləsinə uyğun aparılıb, tələb olunan bütün sənədlər MSK-dan gətirilib və dairə seçki komissiyalarına vaxtında çatdırılıb.

Bələdiyyə üzvlüyünə seçilmək üçün 238 nəfər imza vərəqəsi götürüb. Onlardan 237 nəfərin namizədliyi qeydə alınıb. 27 nəfərin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən, 210 nəfərin namizədliyi isə şəxsi qaydada irəli sürülüb. Bu seçkilərdə iştirak edəcək namizədlərdən 122 nəfəri YAP, 5 nəfəri AXCP, 1 nəfəri isə Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləridir. 109 nəfər namizəd isə bitərəf kimi qatılır. Bələdiyyə üzvlüyünə namizədlərin 42 nəfəri ali təhsilli, 41 nəfəri orta-ixtisas təhsilli, 154 nəfər isə orta təhsillidir.

MR-də 6 seçki dairəsi üzrə 80 seçki məntəqəsində (7 qapalı) seçki keçiriləcək. Bu seçkilərdə 77 min 215 nəfər seçici iştirak edəcək ki, buda Muxtar Respublika üzrə ümumi seçicilərin 32% deməkdir.

1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə - seçkilər 6 seçki məntəqəsində keçiriləcək. Məntəqələrdə seçicilərin sayı 7 min 483 nəfər, 21 nəfər qeydə alınmış namizəddən 7 bələdiyyə üzvü seçiləcək. 2 saylı Şərur seçki dairəsi üzrə 11 seçki məntəqəsində səsvermə keçiriləcək, məntəqələrdə seçicilərin sayı 8 min 256 nəfər , 55 nəfər qeydə alınmış namizəddən 20 bələdiyyə üzvü seçiləcək. 3 saylı Babək -Kəngərli dairəsi üzrə seçkilər 26 seçki məntəqəsində keçiriləcək, məntəqələrdə seçicilərin sayı 24 min 356 nəfər, 73 nəfər qeydə alınmış namizəddən 25 bələdiyyə üzvü seçiləcək. 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə seçkilər 11 seçki mənetəqəsində keçiriləcək, seçicilərin sayı 7 min 646 nəfər , 49 nəfər qeydə alınmış namizəddən 21 nəfər seçiləcək. 6 saylı Culfa-Babək seçki dairəsi üzrə seçkilər 14 seçki məntəqəsində keçiriləcək, seçicilərin sayı 15 min 725 nəfər, 21 nəfər namizəddən 7 nəfər seçiləcək. 7 saylı Ordubad-Culfa seçki dairəsi üzrə seçkilər 12 seçki məntəqəsində keçiriləcək. Seçicilərin sayı 13 min 750 nəfər, 18 nəfər namizəddən 6 nəfər seçiləcək.

Hazırda namizədlərin təbliğat - təşviqat kampaniyası gedir.

Dairə və məntəqə seçki komissiyalarına çatacaq malliyyə vəsaitinin verilməsi üçün smeta sənədi daxil olub. Bu vəsaitlər yerlərdə komissiya üzvlərinə paylanıb.

Xəbər lenti

Xəbər lenti