Sentyabr ayının 16-19-da Rusiya Federasiyasının Soçi şəhərində Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin Gənc Liderlərinin İkinci Forumu keçiriləcək. Trend xəbər verir ki, forumda Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkili Azər Əmiraslanov və Azərbaycan Respublikası prezidentinin icra aparatı rəhbərinin köməkçisi Elnur Aslanov təmsil edəcəklər.
Forumun əsas məqsədi postsovet məkanında səmərəli əməkdaşlıq yollarının müzakirə edilməsi və araşdırılmasıdır. Belə ki, forum zamanı bir çox postsovet ölkələrindən olan gənc liderlər MDB məkanında immiqrasiya, təhsil sistemi, mədəniyyət sahəsi, biznes, siyasi və iqtisadi inteqrasiya məsələlərini müzakirə edəcəklər və yaranmış ümumi problemlərdən çıxış yolları arayacaqlar. Təşkilatçılar keçiriləcək foruma "Məsuliyyət nəsli" adını veriblər.
Forumda iştirak edən nümayəndə heyəti əsasən iqtisadi inteqrasiya və biznesin gənclərlə əlaqəsi, gənclərin ictimai-siyasi proseslərdə iştirakı və təhsilin gənclərə yeni imkanların açması mövzularında olan müzakirələrdə fəal iştirakı gözlənilir. Eyni zamanda, xüsusi olaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı vurğulanaraq çıxışlarda ifadə olunacaq.