...

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə danışıqlar aparıb

Siyasət Materials 18 Sentyabr 2006 20:54 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Türkiyənin Kəmər şəhərində bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.

Trend in xəbər verdiyi kimi, görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri, beynəlxalq problemlər müzakirə olunub. Kəmərdə Türkdilli dövlətlərin 10-cu qurultayının keçirilməsinin əhəmiyyəti xüsusi olaraq qeyd olunub. Görüşdə həmçinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub.

Sentyabrın 18-də Azərbaycan prezidenti həmçinin Şimal Kipr Türk Respublikasının prezidenti Mehmet Əli Tələtlə, eləcə də Qazaxıstanın dövlət katibi Uralbəy Abdulkərimovla danışıqlar aparıb.

Qurultayın işində iştirakdan sonra axşam Türkiyənin baş naziri adından tədbir iştirakçıları şərəfinə rəsmi ziyafət verilib. İlham Əliyev ziyafətdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti