...

İnsan alveri ilə məşğul olan mütəşəkkil bandanın üzvü həbs edilib

Siyasət Materials 20 Sentyabr 2006 14:47 (UTC +04:00)

Bakıda insan alveri ilə məşğul olan mütəşəkkil bandanın üzvü yaxalanıb. Bu barədə Trend ə Azərbaycanın Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nəzdində fəaliyyət göstərən İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən məlumat verilib.

Banda üzvü olan Biləcəri qəsəbəsinin sakini Diləfruz Rüstəmova idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Araşdırma zamanı məlum olub ki, D.Rüstəmova bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədi ilə Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb və müxtəlif otellərdə yerləşridib.

Faktla əlaqədar cinayət işi başlanıb, dəstənin digər üzvlərinin də ifşa olunması istiqamətində tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti