...

Azərbaycanın Müdafiə Nazirliyi: Hər il 1500 hərbçimiz beynəlxalq tədbirlərdə iştirak edir

Siyasət Materials 20 Sentyabr 2006 17:54 (UTC +04:00)

Hər il Azərbaycan Silahlı Qüvvələrinin 1500 nümayəndəsi beynəlxalq tədbirlərdə iştirak edir. Bu barədə Trend ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı, eləcə də ayrı-ayrı ölkələrlə ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində müxtəlif xarici dil və ixtisas kursları, seminar, konfrans, işçi görüşləri, planlaşdırma konfransları, təlimlər və digər tədbirlərdə iştirak edirlər. Bu tədbirlər döyüş hazırlığı baxımından əsgərlərin təcrübəsinin artırılmasına müsbət təsirini göstərir.

Tədbirlərə qatılan hərbi qulluqçuların qazandıqları bilik və təcrübə onların xidmət göstərdikləri hərbi hissələrdə digər əsgərlərə də aşılanır. NATO standartlarına uyğun döyüş hazırlığı elementləri müxtəlif bölmələrin döyüş hazırlığı planına daxil edilir, hərbi hissələrdəki iş üslubunu, məişəti və digər elementləri müasir Qərb standartlarına uyğunlaşdırmağa kömək edir.

Xəbər lenti

Xəbər lenti