...

Prezident İlham Əliyev ABŞ Silahlı Qüvvələri Avropa komandanının müavinini qəbul edib

Siyasət Materials 20 Sentyabr 2006 19:33 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 20-də Prezident Sarayında ABŞ Silahlı Qüvvələri Avropa komandanının müavini, general Uilyam Uordu qəbul edib. Bu barədə Trend ə Prezident Aparatının mətbuat xidmətindən məlumat verilib.

Dövlət başçısı Azərbaycanla ADŞ arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

General U.Uord Azərbaycana ilk səfərindən məmnun olduğunu deyib. O, prezident İlham Əliyevin ABŞ-a səfərinin müvəffəqiyyətlə həyata keçdiyini xatırladıb və ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti