...

Gəncədə üzgüçülük hovuzu gələn ay istifadəyə veriləcək

Siyasət Materials 21 Sentyabr 2006 13:41 (UTC +04:00)

Gəncədə üzgüçülük hovuzunun tikintisi sona çatıb. Bu barədə məlumatı Trend ə Olimpiya İdman Kompleksinin direktoru Sahib Rzayev verib.

Onun sözlərinə görə, hazırda kompleksin ətrafında abadlıq işləri aparılır. "Üzgüçülük hovuzunun elektrik və su xətləri artıq çəkilib. Lakin qaz xəttinin çəkilməsində hələ problem var. Bu barədə Qaz İstismarı İdarəsinə müraciət olunub". Rzayev qeyd edib ki, hovuzun eni 15 m, uzunluğu 25 m, dərinliyi isə 2 metrdir. Yeni tikilən kompleksdə soyunub-geyinmə otaqları, tamaşaçıların oturması üçün tribuna, kafe və s. var.

S.Rzayev bildirib ki, üzgüçülük hovuzunun tikintisinə 2005-ci ilin yanvarından prezident İlham Əliyevin göstərişi ilə başlanılıb. Lazım olan maliyyə vəsaitini "Azərsun" holdinq ayırıb. İnşaatı "AYKOM" tikinti təşkilatı həyata keçirib.

Xəbər lenti

Xəbər lenti