...

Regional məsələlər daimi komissiyası payız sessiyasının iş planına 12 məsələ daxildir

Siyasət Materials 21 Sentyabr 2006 20:02 (UTC +04:00)

Sentyabrın 21-də Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Komissiyanın sədri Arif Rəhimzadə gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirilib ki, komissiyanın payız sessiyasının iş planına 12 məsələ daxildir. Bundan əlavə, komissiya Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərəcəyi qanun layihələrinə də münasibət bildirəcək.

Sonra "Ailə kəndli təsərrüfatı haqqında" Qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə olunub. Qeyd edilib ki, bu qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Su Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Ailə Məcəlləsinə, "Bələdiyyələrin statusu haqqında" Qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin payız sessiyasının gündəliyinə tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti