...

Polşa seymi marşalının Azərbaycana səfərinə hazırlıq gedir

Siyasət Materials 25 Sentyabr 2006 14:06 (UTC +04:00)

Polşa seyminin marşalı Marek Yurekin Azərbaycana rəsmi səfərinə hazırlıq gedir. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfiri Voytsex Quretski məlumat verib.

Onun sözlərinə görə, səfərin noyabrın 8-9-da həyata keçirilməsi planlaşdırılır. Ancaq dəqiq tarix hələ razılaşdırılacaq. Polşa seyminin marşalı Azərbaycana Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində səfər edəcək. Hazırda qarşıdakı səfərin proqramı dəqiqləşdirilir. Proqrama ölkə parlamentinin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşlər daxil ediləcək.

Tərəflərin Azərbaycan və Polşa parlamentlərarası əlaqələrin perspektivlərini, siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı məsələlərini müzakirə edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti