Nyu-Yorkda yerli vaxtla 10:00-da İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin koordinasiya görüşü öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak etdiyi bu konfransa Azərbaycan tərəfi sədrlik edir.
Azərbaycan XİN başçısının Nyu-Yorka səfəri çərçivəsində sentyabrın 25-də Nepaldan, Siriyadan və İordaniyadan olan həmkarları ilə görüşlər də nəzərdə tutulub.
Günün ikinci yarısında E.Məmmədyarov BMT Baş Assambleyasının 61-ci sessiyasında çıxış etmək niyyətindədir.