Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov İran prezidentinin birinci müavini Pərviz Davudi ilə görüşüb.
Trend in Tehrandakı xüsusi müxbirinin verdiyi məlumata görə, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.
Görüş zamanı Pərviz Davudi hər iki ölkə arasında mövcud əməkdaşlıq sahələrindən danışıb. O qeyd edib ki, İran və Azərbaycan neft-qaz, enerji təminatı və sənaye sahələrində əməkdaşlığı daha da genişləndirə bilər.
Y.Eyyubov bildirib ki, Azərbaycan elektrik stansiyalarının inşasında İranın təcrübəsindən istifadə etməyə hazırdır.