...

GAMA Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərinin müşahidəsini aparacaq

Siyasət Materials 27 Sentyabr 2006 12:33 (UTC +04:00)

Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası (GAMA) oktyabrın 5-də Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərinin müşahidəsini aparacaq. Bu barədə Trend ə GAMA-nın prezidenti Daşqın Gülməmmədov məlumat verib.

O bildirib ki, təşkilatın 300 nəfərədək əməkdaşı seçkinin müşahidəsi prosesində iştirak edəcək. Seçki prosesi 20-dən çox rayonda müşahidə ediləcək, seçkinin keçirilməsi və nəticəsi barədə yekun sənəd hazırlanıb beynəlxalq təşkilatlara, o cümlədən kütləvi informasiya vasitələrinə təqdim olunacaq.

D.Gülməmmədov onu da deyib ki, GAMA seçkilərdə iştirak etmir və seçkiləri boykot barədə qərar verib. Bu məsələ ilə bağlı yaxın günlərdə GAMA Gürcüstanda yaşayan azərbaycanlılara müraciət edəcək və seçkilərin boykot edilməsi və nəticələrinin tanınmaması üçün islərə başlayacaq.

Xəbər lenti

Xəbər lenti