...

MDB-nin icra katibi Vladimir Ruşaylo Bakıya səfər edəcək

Siyasət Materials 27 Sentyabr 2006 16:10 (UTC +04:00)
MDB-nin icra katibi Vladimir Ruşaylo Bakıya səfər edəcək

Sentyabrın 28-də MDB-nin icra katibi Vladimir Ruşaylo Bakıya gələcək. Bu barədə MDB İcraiyyə komitəsinin nümayəndəsi Filipp Lozovan Trend ə eksklüziv olaraq məlumat verib.

Onun sözlərinə görə, icra katibinin səfərinin məqsədi sentyabrın 28-i - oktyabrın 1-də Bakıda keçiriləcək MDB onkoloqlar və radioloqlarının II qurultayında iştirak etməkdir. Qurultayda iştirak çərçivəsində Vladimir Ruşaylo Azərbaycan rəhbərliyi ilə görüşməyi, MDB çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır.

Onkoloq və radioloqlar qurultayı MDB səhiyyə sahəsində Əməkdaşlıq şurasının köməyi ilə təşkil olunub. Birləşmiş Millətlər Təşkilatı iştirakçı dövlətlərinin Onkologiya, radiologiya və rentgenologiya mərkəz və institutlarının Direktorlar assosiasiyasının təşəbbüsü ilə iri beynəlxalq tibbi forumun işində iştirak etmək üçün yalnız Birlik ölkələrindən deyil, həm də Avstriya, Almaniya, Hindistan, İran və Türkiyədən tanınmış mütəxəssislər Bakıya gələcək.

Qurultayın işində 1077 alim və həkim iştirak edəcək. Nümayəndələr arasında milli elmlər akademiyalarının 21 həqiqi üzvü və 17 müxbir üzvü, 177 professor, 278 elmlər doktoru, 25 dosent və 295 elmlər namizədi var.

Xəbər lenti

Xəbər lenti