...

İcra Aparatının şöbə müdiri: Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi zəruridir

Siyasət Materials 27 Sentyabr 2006 17:46 (UTC +04:00)

Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi zəruridir. Bu barədə Azərbaycan prezidenti İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rumıniya prezidenti Trayan Baseskunun oktyabrın 11-12-nə planlaşdırılmış Azərbaycana səfərini şərh edərkən Trend ə eksklüziv olaraq məlumat verib.

N.Məmmədov əlavə edib ki, bu səfər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.

"Rumıniya və Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir. Prezidentlərimiz son iki il ərzində bir neçə görüş keçirib. Və Berlində keçirilən sonuncu Bertelsman fondunun forumu zamanı Rumıniya prezidenti açıq şəkildə bəyan edib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və separatçıların məqsədlərinin axırı heç də yaxşı olmayacaq", - deyə prezidentin İcra Aparatının şöbə müdiri əlavə edib.

Xəbər lenti

Xəbər lenti