DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsi və Şəmkir RPİ əməkdaşları 6 ton çətənə kolunun məhv edilməsinə nail olublar. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əməliyyat tədbirləri Şəmkir rayon ərazisində keçirilib və əməliyyatçılar 0,75 hektar sahədə yabanı halda bitmiş, çəkisi 5 ton 777 kiloqram olan 4622 ədəd çətənə kolunu yığaraq yandırıblar.