...

Sülhəddin Əkbər: "Müsavat Partiyasında gərginlik tədricən aradan qalxacaq"

Siyasət Materials 2 Oktyabr 2006 12:48 (UTC +04:00)

"Düşünürəm ki, Müsavat Partiyasında gərginlik tədricən aradan qalxacaq". Bu barədə Trend ə Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər bildirib.

S.Əkbər qeyd edib ki, ilk növbədə Məclisin reqlamentinin qəbul edilməsi haqqında düşünür: "Çünki bu, olmadan Məclisin işini səmərəli qurmaq mümkün deyil. Gündəliklərin Məclis üzvlərinə çatdırılması, müzakirə olunacaq məsələlərin layihələrinin təqdim edilməsi, komissiyaların işinin yüksək səviyyədə qurulması, bu günüdək partiyanın qəbul etdiyi proqram, konsepsiya və qanun layihələrinə yenidən baxışın keçirilməsi, yeni sənədlərin hazırlanması, komissiyalarda dinləmələrin təşkili və s. məsələlərin həyata keçirilməsi nəzərdə tutulur". Məclis sədri bildirib ki, belə müzakirələrə təkcə Müsavat üzvləri deyil, digər partiyaların, eyni zamanda müstəqil ekspertlərin cəlb olunması da nəzərdə tutulub.

"Məclisin iclasında sizə qarşı söylənilən ittihamlar fəaliyyətinizə mənfi təsir göstərəcəkmi" sualımızı cavablandıran Məclis sədri bildirib: "Qətiyyən yox, seçki prosesi artıq arxada qalıb, yəni mübarizə predmeti yoxdur. Düşünürəm ki, tədricən partiyadaxili gərginlik aradan qalxacaq. Əsəs fəaliyyətimiz partiyanın işinin, demokratik düşərgədə inteqrasiyanın güclənməsinə yönəldiləcək".

Qeyd edək ki, S.Əkbər Müsavat Partiyası Məclisinin sentyabrın 30-da keçirilən iclasında Məclis sədri seçilib. Xatırladaq ki, millət vəkili Nəsib Nəsibli də Məclis sədrliyinə namizədliyini vermişdi.

Xatırladaq ki, müxalifətdəki Müsavat Partiyası 1992-ci ildə eks-spiker İsa Qəmbərin rəhbərliyi ilə yaradılıb. Partiyanın bütün qurultaylarda İ.Qəmbər sədr seçilib.

Xəbər lenti

Xəbər lenti