...

Bu il "Sirab" zavodu 3 milyon 127 min butulka sirab satıb

Siyasət Materials 2 Oktyabr 2006 17:56 (UTC +04:00)

Babək rayonundakı Sirab Açıq Tipli Səhmdar Cəmiyyətinə yanvar ayından Zülfü Hüseynov başçılıq edir. Hüseynov zavod haqqında məlumat verərək dedi ki, müəssisədə 2 sex fəaliyyət göstərir (şüşə və plastmast), 4 çeşiddə plastmast, 3 çeşiddə şüşə butulka hazırlanır. Zavod indiyədək 3 mln 127 min butulka "Sirab" suyu satıb. Burda 75 nəfər çalışır.

Sirab müalicəvi su olduğundan həkimlər xroniki qastrid, mədə və 12 barmaq bağırsağın xorası, polib, qaraciyər xəstəlikləri, öd yolları, mədəaltı vəzi xəstəlikləri və maddələr mübadiləsi pozulduğu zaman ondan istifadəni məsləhət görür.

Zavod İran və Rusiyaya məhsul icrac edir. Türkiyədə isə tezliklə Sirab suyunun satışı təşkil olunacaq. Zavod eyni zamanda televiziya kanallarında bir çox verilişlərə sponsorluq edir.

Zavod keçən il əsaslı təmir olunub və dünya standartlarına uyğun Rusiya və Türkiyə avadanlıqları alıb. Zavodakı laboratoriya da yeni aparatlarla təchiz edilib.

Xəbər lenti

Xəbər lenti