...

Azərbaycan prezidenti BMT-nin İqtisadi və Sosial İşlər Departamentinin nümayəndəsini qəbul edib

Siyasət Materials 2 Oktyabr 2006 20:27 (UTC +04:00)

Oktyabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev BMT-nin İqtisadi və Sosial İşlər

Departamentinin yardım və əlaqələndirmə bölməsinin icraçı katibi Sarbuland Xanı qəbul edib. Trend xəbər verir ki, Sarbuland Xan Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annanın salamlarını prezident İlham Əliyevə çatdırıb.

O, Azərbaycanın informasiya və telekommunikasiya sahəsindəki inkişafının baş katib tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Prezident İlham Əiyev informasiya və kommunikasiya texnologiyalarının nəinki Azərbaycanın, eləcə də bütün dünyanın gələcək inkişafında xüsusi rolu olduğunu bildirib. İ.Əliyev Azərbaycanın bu sahəyə böyük əhəmiyyət verdiyini, informasiya və kommunikasiya texnologiyaları ilə bağlı konkret layihələrin mövcud olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti