...

Nəsib Nəsibli: "Müsavat rəhbərliyi ilə münasibətlərimi müəyyənləşdirmək barədə düşünürəm"

Siyasət Materials 3 Oktyabr 2006 13:37 (UTC +04:00)

Müsavat Partiyası rəhbərliyi ilə münasibətlərimi müəyyənləşdirmək barədə düşünürəm. Bu barədə Trend ə Müsavat Partiyasının Məclis üzvü, Məclis sədrliyinə keçmiş namizəd, millət vəkili Nəsib Nəsibli bildirib.

N.Nəsibli qeyd edib ki, Məclis rəhbərliyinin seçilməsi mərhələsi bitib, buna artıq nöqtə qoymaq lazımdır: "Mən Məclisin yeni rəhbəri Sülhəddin Əkbərə uğurlar arzulayıram". N.Nəsibli Məclis sədrliyinə namizədliyinin verilməsinə də aydınlıq gətirib. Bildirib ki, əsas səbəb partiya daxilində yaranmış qruplararası müharibəni yumuşaltmaq, ola bilsin ki, hətta dayandırmaq idi: "Amma alınmadı".

"Necə fikirləşirsiniz, bu müharibə davam edəcəkmi" sualımızı N.Nəsibli: "Bilmirəm" - deyə cavablandırıb.

Millət vəkili Məclis üzvülüyündən çıxmaq barədə hələ fikirləşmədiyini bildirib: "Müsavatda yerimi müəyyən etmək barədə düşünürəm. Daha doğrusu, Müsavat rəhbərliyi ilə münasibətlərimi müəyyənləşdirmək barədə düşünürəm".

Müxalifətdəki Müsavat Partiyası 1992-ci ildə eks-spiker İsa Qəmbərin rəhbərliyi ilə yaradılıb. Bütün qurultaylarda İsa Qəmbər partiyanın sədri seçilib.

Xəbər lenti

Xəbər lenti