...

Azərbaycanın müdafiə naziri danışıqların nəticə verməməsindən təəssüfləndiyini bildirib

Siyasət Materials 3 Oktyabr 2006 15:34 (UTC +04:00)

Azərbaycanın müdafiə naziri genqeral polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayza ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar uzun illər aparılan danışıqların nəticə verməməsindən təəssüfləndiyini söyləyib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri uzun illər davam edən danışıqların bir nəticə vermədiyini vırğulayıb və təəssüflə qeyd edib ki, ATƏT-in Minsk Qrpupunun fəaliyyəti hələlik müsbət nəticə vermir.

S.Əbiyev strateji xarakter daşıyan Azərbaycan-ABŞ əlaqələrinin daha da inkişaf etməsinə əsas maneənin Ermənistan-Azərbaycan münqişəsinin həll edilməməsi olduğunu da vurğulayıb.

Cənab Brayza isə öz növbəsində S.Əbiyevin diqqətinə çatdırıb ki, beynəlxalq ictimaiyyət münaqişənin danışıqlar yolu ilə həll edilməsi yolunu seçib.

Buna cavab olaraq S.Əbiyev qeyd edib ki: "Ermənistan rəhbərliyi anlamalıdır ki, onların yeritdiyi siyasət Ermənistanı uçuruma aparır. Azərbaycan iqtisadi sahədə inkişaf edir və hərbi potensialını gücləndirir. Bizi buna Ermənistanın tutduğu destruktiv mövqe, torpaqlarımızın işğal altında saxlanılması və uçotsuz silah-sursatın bu ərazilərdə yerləşdirilməsi vadar edir".

Sonra tərəflər Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti