...

Azərbaycan prezidenti təhsil işçilərinin təltif edilməsi və onlara fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 3 Oktyabr 2006 15:38 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, oktyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev təhsil işçilərinin təltif edilməsi və onlara fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

36 təhsil işçisinə "Əməkdar müəllim", 1 təhsil işçisinə "Əməkdar incəsənət xadimi", 3 təhsil işçisinə isə "Əməkdar bədən tərbiyə və idman xadimi" fəxri adları verilib.

Bundan başqa, təhsil naziri Misir Mərdanov "Şöhrət" ordeni, 46 təhsil işçisi isə "Tərəqqi" medalı ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti