...

Azərbaycan və Dünya Bankı ədliyyə sisteminin modernləşdirilməsi layihəsi üzrə kredit sazişi imzalayıb

Siyasət Materials 3 Oktyabr 2006 18:41 (UTC +04:00)
Azərbaycan və Dünya Bankı ədliyyə sisteminin modernləşdirilməsi layihəsi üzrə kredit sazişi imzalayıb

Bu gün Dünya Bankı (DB) və Azərbaycan Ədliyyə Nazirliyi arasında ölkənin ədliyyə sisteminin modernləşdirilməsi üzrə kredit sazişinin imzalanması mərasimi keçirilib. Trend in xəbər verdiyi kimi, sazişi Azərbaycan tərəfdən ədliyyə naziri Fikrət Məmmədov, DB tərəfdən isə bankın ölkə üzrə meneceri Qreqori Yedzjeyzak imzalayıblar.

DB nümayəndəsinin sözlərinə görə, layihənin ümumi dəyəri $35,6 mln. təşkil edir ki, bunun da $21,6 mln.-u bankın ayırdığı kreditin payına düşür. Yaponiya xüsusi fondunun hesabına $3 mln. məbləğində qrant ayrılıb. Azərbaycan hökumətinin isə iştirak payı $11mln. təşkil edir. Layihə 5 il müddətinə nəzərdə tutulub.

DB tərəfindən kredit Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə standart şərtlərlə - 10 ili güzətli olmaqla 35 illiyə illik 0,75% dərəcəsi ilə ayrılıb. 10 illik güzəşt müddəti başa çatdıqdan sonra kredit üzrə ödənişlər 1,25%, 2026-ci ildən 2041-ci ilədək isə 2,5%-lə həyata keçiriləcək.

Layihə 4 hissədən ibarətdir:

- kompüterləşdirilmiş menecment sisteminin, informasiya şəbəkəsinin yaradılması və treninqlərin təşkil edilməsi ilə hüquqi institutların idarəçilik qabiliyyyətinin gücləndirilməsi;

- məhkəmə imkanlarının yüksəldilməsi - məhkəmə binalarının inşası və təmiri, müasir texnologiyaların tətbiqi və menecment sistemində kompüterləşdirmə;

- treniqlər və müntəzəm təlimlər vasitəsi ilə hakimlərin peşəkarlığının gücləndirilməsi;

- vətəndaşlara qeydiyyat və notariat haqqında informasiyaya çıxışı yaxşılaşdıracaq mülkü məlumatlandırma üzrə pilot proqramlar.

DB-nin direktorlar şurası 2006-cı ilin iyunun 29-da Azərbaycanın məhkəmə-ədliyyə sistemi üçün kreditin ayrılması haqqında qərarı bəyənib.

Xəbər lenti

Xəbər lenti