...

Nikolaye Ureke: Prezidentin səfərinə hazırlıq məqsədi ilə sabah Rumıniyadan işçi qrupu Bakıya gələcək

Siyasət Materials 3 Oktyabr 2006 19:44 (UTC +04:00)
Nikolaye Ureke: Prezidentin səfərinə hazırlıq məqsədi ilə sabah Rumıniyadan işçi qrupu Bakıya gələcək

Rumıniya prezidenti Trayan Baseskunun Azərbaycana səfərinə hazırlıq məqsədi ilə sabah Rumıniyadan Azərbaycana işçi qrupu gələcək. Bu barədə Trend ə eksklüziv olaraq bu ölkənin Azərbaycandakı səfiri Nikolaye Ureke məlumat verib.

Onun sözlərinə görə, səfərədək işçi qrupu sənədlərin, eləcə də səfərin gündəliyinin hazırlanması ilə məşğul olacaq. Rumıniya prezidentinin Azərbaycana səfəri oktyabrın 10-11-də baş tutacaq.

Sabah Rumıniya prezidenti Ermənistana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti