...

Səfir: Gürcüstan addım atıb və Rusiyanın reaksiyasını gözləyir

Siyasət Materials 3 Oktyabr 2006 21:08 (UTC +04:00)
Səfir: Gürcüstan addım atıb və Rusiyanın reaksiyasını gözləyir

"Rusiyanın Gürcüstanla bağlı gördüyü tədbirlər kifayət qədər ciddidir. Bunun nə ilə başa çatacağını söyləmək çox çətindir. Lakin biz vəziyyətin normallaşdırılması istiqamətində getsək, Rusiya tərəfindən görülən tədbirlərin necə təxirə salınması barədə düşünmək olar. Gürcüstan öz tərəfindən addım atıb. İndi biz Rusiyanın reaksiyasını gözləyirik", - deyə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze bildirib.

Azərbaycan ərazisindən keçməklə Gürcüstandan Rusiyaya sərnişin daşınması üçün xüsusi reyslərin açılması məsələsinə toxunan səfir qeyd edib ki, bunun üçün xüsusi reyslər mövcud deyil. Ola bilsin ki, bəzi sərnişinlər Ukrayna, Ermənistan və ya Azərbaycandan Rusiyaya yola düşürlər.

Xəbər lenti

Xəbər lenti