Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə oktyabrın 4-də ABŞ-ın Azərbaycandakı səlahiyyətli səfirinin siyasi məsələlər üzrə müşaviri Cef Bennetlə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib.
Görüşdə Azərbaycan-ABŞ münasibətləri, Cənubi Qafqaz regionundakı mövcud vəziyyət, "Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat-GUAM"ın perspektivləri müzakirə olunub. Asim Mollazadə Cef Bennetə Demokratik İslahatlar Partiyası və partiyanın xarici siyasətə baxışları barədə məlumat verib.