...

Almaniyada Azərbaycan elm və mədəniyyət dekadası keçirilir

Siyasət Materials 4 Oktyabr 2006 19:31 (UTC +04:00)

Ölkəmizin Almaniya Federativ Respublikasındakı səfirliyi bu il oktyabrın 4-15-də "Almaniyada Azərbaycan elm və mədəniyyət dekadası"nın keçirilməsini planlaşdırır. Bu barədə Trend ə Azərbaycanın Berlindəki səfirliyinə istinadən AR Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.

Dekada zamanı, oktyabr ayının 4-8-də Frankfurt-Mayn şəhərində hər il 100-dən artıq ölkənin iştirakı ilə 280 mindən artıq oxucu kütləsini cəlb edən dünyanın ən böyük kitab sərgisi keçiriləcək və Azərbaycan ilk dəfə olaraq həmin sərgiyə qatılacaq. Sərgidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Azərbaycanın siyasi-iqtisadi inkişafı, tarixi, mədəniyyəti, elmi nailiyyətləri və s. mövzuları əhatə edən kitabların nümayiş etdirilməsi nəzərdə tutulub.

Oktyabrın 9-da "Azərbaycan-Almaniya mədəniyyətinin dostları cəmiyyəti", AR Rəssamlar Akademiyası və AR Dövlət İncəsənət Universitetinin dəstəyi ilə Berlin "İncəsənət qalereyası"nda gənc azərbaycanlı rəssamların sərgisi keçiriləcək.

Həmin gün axşam soydaşlarımız tərəfindən əsası qoyulmuş "Azərbaycan evi" cəmiyyətinin açılışı münasibəti ilə qəbul mərasimi keçiriləcək.

Oktyabr ayının 10-da məşhur Berlin Filarmoniyasının Kamera zalında, oktyabr ayının 12-də isə Baden-Iürtemberq federal torpağının paytaxtı Ştuttqart şəhərinin "Yeni" sarayında, oktyabrın 13-də Rayland Pfaltz federal torpağının paytaxtı Mayns şəhərinin "Frankfurt Hof" sarayında AR-sı Dövlət Kamera orkestrinin iştirakı ilə konsert təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti