...

Avropa Şurasında "Ermənistan ərazisindəki Azərbaycan mədəniyyət abidələrinin vəziyyəti" adlı sənəd müzakirə olunub

Siyasət Materials 4 Oktyabr 2006 19:38 (UTC +04:00)

Avropa Şurasının mədəniyyət, elm və təhsil komitəsinin oktyabrın 4-də keçirilən toplantısında "Ermənistan ərazisindəki Azərbaycan mədəniyyət abidələrinin vəziyyəti" adlı sənəd müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.

Qeyd edək ki, sənədin müəllifi R.Hüseynovun özüdür. Millət vəkili bildirib ki, Cənubi Qafqazda mədəniyyətin vəziyyəti üzrə məruzəçi Edvard O"haranın və Avropa Şurasının baş katibi Terri Devisin təşkil etdiyi digər ekspertlərdən ibarət qrupun da regiona səfəri planlaşdırılıb. R.Hüseynov qeyd edib ki, adıçəkilən komissiyada bu istiqamətdə müzakirələr aparılıb.

Millət vəkili bildirib ki, E.O"haranın bölgəyə səfərinin tarixi müəyyənləşməyib: "Bizim üçün önəmli olan Terri Devis tərəfindən təşkil olunan ekspert qrupunun səfəridir. Çünki Ermənistan ərazisində də mədəniyyət abidələrinin tədqiqi ilə bağlı iş aparacaqlar. Biz də həmin dağıdılan və dağılmaq təhlükəsi ilə üzləşən abidələrin siyahısını təqdim etmişik".

Xəbər lenti

Xəbər lenti