...

Son 6 ay ərzində Qərb regionunda 7 məktəb inşa olunub

Siyasət Materials 4 Oktyabr 2006 20:39 (UTC +04:00)

Son 6 ay ərzində Qərb regionunda 7 məktəb inşa olunub. Bu bərədə məlumatı İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax Regional şöbəsinin rəisi Azər Muradov verib. Bu ilin ikincı rübü üzrə Tovuz rayonunun Kirən kəndində 260 nəfərlik, Qazax rayonunun Quşçu Ayrım kəndində 140 nəfərlik, Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində 480 nəfərlik, Ağstafanın AşağıKəsəmən kəndində, Cədəbəy rayonundakı Parakənddə orta məktəb binaları inşa olunaraq şağirdlərin istifadəsinə verilib. Bu tədbis ilində Xanlar rayonunda 5 saylı və Naftalan şəhərində 1 saylı orta məktəb binaları da tikilib. Xanlarda 2 saylı orta məktəb isə əsaslı təmir olunub.

İlin sonunadək isə Tovuz rayonun Qalaboyun kənd orta məktəbində 40, Həsənli kənd orta məktəbində isə 20 nəfərlik əlavə sinif otaqlarının tikintisi nəzərdə tutulub. İnşa olunması planlaşdarılan digər təhsil ocaqları isə Qazax rayonun Ağköynək kəndində 504, Dəmirçilər kəndində 264 şagirdlik, Samux rayonunun Kolayır kəndində 340 yerlik orta məktəb binalarıdır. Həmçinin 2006-cıilin sonunadək Xanlar rayon 1 saylı orta məktəbinin sökülərək, yenidən inşa ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti