...

Asim Mollazadə: "Partiyamızın yerli nümayəndələri seçki prosesini izləyirlər"

Siyasət Materials 6 Oktyabr 2006 13:06 (UTC +04:00)

Bələdiyyə seçkilərində iştirak edən Demokratik İslahatlar Partiyasının (DİP) yerli təşkilatları seçki prosesinin gedişini müşahidə edirlər. Bu barədə Trend ə partiyanın sədri, millət vəkili Asim Mollazadə məlumat verib.

O bildirib ki, bələdiyyə seçkilərində rəsmən 8 nəfər Demokratik İslahatlar Partiyasının üzvü kimi qeydiyyata alınıb. Lakin ümumilikdə partiyanın 25 nəfər üzvü bələdiyyə seçkisində namizəd kimi iştirak edir. A.Mollazadə qeyd edib ki, bəzi dairələrdə partiyanın qalib gəlmək üçün real şansı olan namizədləri var: "Lakin hər şey seçkinin gedişindən asılı olacaq. Bizim yerli nümayəndələrimiz seçki prosesini izləyirlər. Bu günün sonunda bizdə məlumatlar toplanacaq və ümumi bir rəy yaranacaq. Sonra biz seçkinin yekunlarına dair mövqeyimizi açıqlayacağıq"-deyə A.Mollazadə qeyd edib.

Qeyd edək ki, bu gün 603 bələdiyyə üzrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçirilir.

Xəbər lenti

Xəbər lenti