...

Alan Vadams: AB Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək

Siyasət Materials 6 Oktyabr 2006 14:20 (UTC +04:00)
Alan Vadams: AB Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edəcək. Bu barədə Avropa Komissiyasının Azərbaycandakı xüsusi nümayəndəsi Alan Vadams oktyabrın 6-da Azərbaycan və AB-nin əməkdaşlığına həsr olunmuş konfransda bəyan edib.

O qeyd edib ki, noyabrda Brüsseldə Azərbaycanla Avropa əməkdaşlıq siyasətinə dair fəaliyyət planı imzalanacaq. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. O, enerji sahəsində memorandumu imzalayacaq.

A.Vadams bəyan edib ki, AB Azərbaycana iqtisadi, sosial və siyasi sahələrdə əməkdaşlıq təklif edir. Avropa siyasətinə dair fəaliyyət planı Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıq sazişi əsasında imzalanacaq. Dondurulmuş münaqişələrin həlli də bu sazişə daxil edilib. Avropa Birliyi Ermənistan və Gürcüstanla da belə sazişlər imzalayır.

Xəbər lenti

Xəbər lenti