...

AŞPA-nın həmməruzəçiləri Azərbaycanın bölgələrinə də səfər edəcəklər

Siyasət Materials 6 Oktyabr 2006 18:16 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Andreas Herkel və Toni Lloyd oktyabrın sonlarında Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

Q.Paşayeva bildirib ki, həmməruzəçilərin Bakıya səfəri Monitorinq Koimtəsinin iclasında da müzakirə olunub: "Onlar Bakıda bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirəcəklər. Eyni zamanda bir sıra bölgələrə də səfərlər edəcəklər".

Millət vəkili bildirib ki, onda olan məlumata görə, həmməruzəçilər Quba zonasına da gedəcəklər. Q.Paşayeva onu da vurğulayıb ki, AŞPA-nın payız sessiyasının sonuncu iclasında Rusiyanın davamlı iqtisadi inikişafında Avropanın marağı və digər məsələlər müzakirə olunub: "Sessiyanın sonuncu günündə Azərbaycanla bağlı heç bir məsələ müzakirə olunmayıb".

Q.Paşayeva onu da bildirib ki, Azərbaycanın nümayəndə heyəti oktyabrın 7-də Bakıya qayıdacaq.

Xəbər lenti

Xəbər lenti