...

Xələf Xələfov: Oktyabrın 10-da Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə işçi qrupunun ekspertləri görüşəcək

Siyasət Materials 9 Oktyabr 2006 11:56 (UTC +04:00)
Xələf Xələfov: Oktyabrın 10-da Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə işçi qrupunun ekspertləri görüşəcək

Oktyabrın 10-da Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə işçi qrupunun ekspertləri razılaşdırılmamış ərazilərlə bağlı məsələni müzakirə etmək üçün görüşəcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan XİN başçısının müavini, Azərbaycanın Gürcüstanla sərədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komitəsinin rəhbəri Xələf Xələfov məlumat verib.

İşçi qrupunun görüşü iki gün davam edəcək. Daha sonra oktyabrın 16-da Minskdə MDB XİN başçıları Şurasının növbəti iclası çərçivəsində hər iki ölkə sərhədlərinin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyaları rəhbərlərinin görüşü keçiriləcək. Görüşdə komissiyalar arasında görüşün dəqiq tarixi müəyyən ediləcək. Həmin görüşdə razılaşdırılmamış 180 km ərazi ilə bağlı razılığa gəlinməsi planlaşdırılır.

Qeyd edək ki, komissiyanın sonuncu görüşündə son 10 il ərzində ilk dəfə olaraq Azərbaycan-Gürcüstan sərhədinin 200 km-dən çox hissəsi razılaşdırılıb. 1996-cı ildə 98 km ərazi razılaşdırılmış və o vaxtdan bəri bu məsələ ilə bağlı əsaslı irəliləyiş olmamışdır.

Xəbər lenti

Xəbər lenti