Oktyabrın 10-12-də Sankt-Peterburq şəhərində 2-ci beynəlxalq televiziya müsabiqəsi keçiriləcək. Trend in xəbərinə görə Milli Məclisin deputatı Lalə Abbasova müsabiqədə ekspert şurasının üzvü kimi iştirak etmək məqsədilə oktyabrın 9-da Rusiyaya yola düşəcək.
Müsabiqə "Mir" Dövlətlərarası Televiziya və Radio Şirkəti tərəfindən təşkil olunub. Proqrama Sankt-Peterburqun tarixi və mədəni yerləri ilə tanışlıq, müsabiqə laureatlarının təntənəli təltifetmə mərasimi və s. tədbirlər daxil edilib.
Səfər oktyabrın 13-də başa çatacaq.