...

Məzahir Pənahov: "Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya 19 şikayət daxil olub"

Siyasət Materials 9 Oktyabr 2006 18:33 (UTC +04:00)

6 oktyabrda keçirilmiş təkrar , əlavə, yeni və ilk bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına 19 şikayət daxil olub. Trend in məlumatına görə, bu barədə oktyabrın 9-da jurnalistlər üçün brifinq keçirən MSK sədri Məzahir Pənahov açıqlama verib.

O qeyd edib ki, 19 şikayət ərizəsi mahiyyət etibarı ilə 14 məsələ ilə bağlıdır. M.Pənahovun sözlərinə görə, şikayətlər araşdırılacaq və qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görüləcək.

MSK sədrinin sözlərinə görə, 19 şikayətin hamısınqda qanun pozuntuları, həqiqətən də, aşkar edilərsə və hətta həmin məntəqələrin hamısında seçkinin nəticələri ləğv olunarsa belə, bu, bələdiyyə seçkilərinin ümumi nəticələrə təsir göstərə bilməz: "Bələdiyyə seçkiləri yüksək səviyyədə təşkil olundu və demokratik, şəffav keçirildi".

MSK sədrinin sözlərinə görə, dairə seçki komissiyaları protokollarının nüsxələrinin müşahidiçilərə verilməməsi barədə yayılan məlumatlar isə həqiqətəuyğun deyil. M.Pənahovun sözlərinə görə, MSK-ya belə faktlarla bağlı rəsmi və qeyri-rəsmi heç bir şikayət daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti