...

Müstəntiqlər ixtisasartırma kursuna cəlb olunublar

Siyasət Materials 9 Oktyabr 2006 18:36 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqləri Azərbaycan Respublikası Baş Prokurorluğu Kadrlar İdarəsinin tədris mərkəzində ixtisasartırma kursuna cəlb olunublar. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

Kursun məqsədi DGK müstəntiqlərinin peşə hazırlığını artırmaq, onlara iş prosesində meydana çıxan bəzi hüquqi məsələlər barədə bilik verməkdir.

Kursun tədris-tematik planına cinayət təqibi üzrə icraatın aparılması, prokuror və müstəntiqin hüquqi statusu, şübhəli və təqsirləndirilən şəxsin hüquqi statusu, cinayət prosesində iştirak edən digər şəxslər və onların hüquqi statusu, sübutlar və sübutetmə, prosessual məcburiyyət tədbirləri, qətimkan anlayışı və s. mövzular daxil edilib.

Xəbər lenti

Xəbər lenti