...

Zahid Oruc: Fransanın Türkiyəyə qarşı atdığı addımların sabah Azərbaycana qarşı çevrilməyəcəyinə zəmanət yoxdur

Siyasət Materials 10 Oktyabr 2006 17:38 (UTC +04:00)

Milli Məclis Fransa senatına etiraz etməlidir. Trend xəbər verir ki, bu barədə Milli Məclisin oktaybarın 10-da keçirilən iclasında Ana Vətən Partiyası sədrinin birinci müavini, millət vəkili Zahid Oruc Fransa parlamentində qondarma erməni soyqrımını tanımayan vətəndaşa bir illik həbs cəzasının kəsilməsi məsələsinin müzakirəyə çıxarılmasına münasibət bildirərkən qeyd edib.

Z.Oruc bildirib ki, bu gün tarixi, milli köklərlə bağlı olduğumuz Türkiyə ilə eyni xətt üzrə hərəkət etməli olduğumuz üçün yox, öz payımızı götürmək üçün sərt addımlar atmalıyıq: "Çünki sabah Fransanın eyni addımları Azərbaycana qarşı da atmayacağına zəmanət yoxdur. Azərbaycan xalqını heç kim inandıra bilməz ki, Fransa ATƏT-in Minsk Qrupunda həmsədr olaraq maraqlarımızı qoruyacaq".

Millət vəkili vurğulayıb ki, bu məsələ ilə bağlı Fransa senatına etiraz etməklə yanaşı, Türkiyə ilə birgə ən müxtəlif addımlar atmalıyıq. O vaxta qədər ki, Fransa Minsk Qrupunda həmsədrlikdən uzaqlaşdırılsın.

Çıxış edən digər millət vəkilləri də Fransa parlamentində qondar erməni soyqrımının tanınmasının yenidən gündəmə çıxarılmasına etiraz ediblər.

Xəbər lenti

Xəbər lenti