...

Şahmar Mövsümov: Azərbaycan Dövlət Neft Fonduna daxilolmaların ümumi həcmi $3 mlrd. təşkil edib

Siyasət Materials 10 Oktyabr 2006 18:08 (UTC +04:00)
Şahmar Mövsümov: Azərbaycan Dövlət Neft Fonduna daxilolmaların ümumi həcmi $3 mlrd. təşkil edib

Yarandığı gündən bəri Azərbaycan Dövlət Neft Fonduna (ADNF) $3 mlrd. daxil olub. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Xəzər İnteqrasiya İşgüzar Klubunun (CIBC) iclasında fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu vəsaitlərdən artıq $1,4 mlrd-ı xərclənib ki, onlar da infrasturktur layihələrin maliyyələşdirilməsinə, məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına, Azərbaycanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası layihəsindəki payının maliyyələşdirilməsinə və digər strateji məqsədlərə yönəldilib.

Hal-hazırda fondun aktivləri $1,6 mlrd. təşkil edir.

Ş. Mövsümovun qeyd etdiyi kimi, 2006-cı ilin sonuna kimi infrastruktur layihələrə $140 mln. məbləğində vəsaitin xərclənməsi planlaşdırılıb. Neft Fondunun vəsaitləri hesabına həmçinin Azərbaycan İnvestisiya Şirkətinin kapitalı formalaşdırılacaq ki, bunun üçün nəzərdə tutulmuş 90 mln. manatın 40 mln. manatı artıq köçürülüb. Yaxın 20 il ərzində Azərbaycanın mənfəət neftindən əldə edəcəyi gəlir $200 mlrd. səviyyəsində gözlənilir, - deyə ADNF başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti