...

Natiq Əliyev: Bakıda qaz məsələləri üzrə Azərbaycan-Gürcüstan danışıqları keçirilib

Siyasət Materials 10 Oktyabr 2006 19:08 (UTC +04:00)
Natiq Əliyev: Bakıda qaz məsələləri üzrə Azərbaycan-Gürcüstan danışıqları keçirilib

Bu gün Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Gürcüstanın energetika naziri Nika Qilauri arasında danışıqlar baş tutub. N.Əliyev Trend ə eksklüziv olaraq bildirib ki, görüş zamanı tərəflər gələcək qaz əməliyyatlarına dair fikir mübadiləsi aparıblar.

"Heç bir sənəd imzalanmayıb", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Türkiyə hazırda "Şahdəniz" yatağından qazı qəbul etməyə hazır olduğu barədə Azərbaycan tərəfinə heç bir məlumat verməyib. Türkiyə bildirib ki, qazı noyabrın 15-dən qəbul etməyə başlayacaq.

Məlumatlı mənbələrdən Trend ə verilən xəbərə görə, Gürcüstan nümayəndə heyətinin İran tərəfi ilə də analoji danışıqlar aparacağı ehtimalı istisna olunmur. Keçən il qəza üzündən Rusiya qazının Gürcüstana verilməsi dayandırıldıqdan sonra qaz ölkəyə Azərbaycan ərazisindən keçməklə İrandan ötürülürüb.

Azərbaycan bu il Gürcüstana "Şahdəniz" yatağından 300 mln. kubmetr qaz verə bilər. Qaz Azərbaycan və Gürcüstan ərazilərində inşa edilmiş Cənubi Qafqaz qaz boru kəməri (SCP) ilə ötürləcək.

Türkiyə öz ərazisində Gürcüstan-Türkiyə sərhədindən qaz paylayıcı məntəqə olan Ərzurumadək qaz boru kəməri inşa edir.

Xəbər lenti

Xəbər lenti