...

Azərbaycan prezidenti Moskva ilə əməkdaşlıq üzrə hökumət komissiyasının yeni tərkibini təsdiqləyib

Siyasət Materials 11 Oktyabr 2006 11:23 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Moskva şəhəri ilə əməkdaşlıq üzrə ölkənin hökumət komissiyasının yeni tərkibini təsdiqləyib.

Sərəncama əsasən, baş nazirin birinci müavini Yaqub Eyyubov komissiyanın sədri təyin olunub. Komissiyanın üzvləri bunlardır: sənaye və energetika naziri Natiq Əliyev, gənclər və idman naziri Azad Rəhimov, xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, təhsil nazirinin müavini İradə Hüseynova, səhiyyə nazirinin müavini Sənan Kərimov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbül oğlu, Bakı şəhəri İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin regionlararası iqtisadi əlaqələr şöbəsinin müdiri Kamal İsmayılzadə.

Xəbər lenti

Xəbər lenti