...

Səfir hesab edir ki, Fransa parlamentinin "erməni soyqırımı" haqqında qanun qəbul etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə təsir etməyəcək

Siyasət Materials 11 Oktyabr 2006 18:45 (UTC +04:00)
Səfir hesab edir ki, Fransa parlamentinin "erməni soyqırımı" haqqında qanun qəbul etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə təsir etməyəcək

"Erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qəbulundan Fransa heç nə udmayacaq. Trend in xəbər verdiyi kimi, bu barədə bugünkü mətbuat konfransında Fransanın Azərbaycandakı səfiri Bernar dü Şafo açıqlama verib.

O bildirib ki, sabah Fransanın Milli Assambleyası həmin qanun layihəsini müzakirəyə çıxaracaq. Sənəd Fransanın müxalif sosial partiyası tərəfindən təqdim olunub.

Səfir vurğlayıb ki, qanun layihəsi Milli Assambleyada qəbul olunsa belə, bu, onun hələ qüvvəyə minməsi demək deyil. Bunun üçün sənəd Senatda təsdiq olunmalıdır. Və əgər Senat da qanun layihəsini təsdiqləyərsə, onda bu, Fransa hökumətinin rəsmi mövqeyi olacaq.

Fransalı diplomat həmçinin bildirib ki, qanunun qəbulu Fransanın Türkiyə və digər müsəlman ölkələri, o cümlədən Azərbaycan ilə münasibətlərinə təsir edə bilməz. Bu mövqe Türkiyənin Avropa Birliyinə daxil olmasına və prezident Jak Şirakın Türkiyənin təşkilata üzv olması "lehinə" səs verməsinə heç cür təsir edə bilməz. O, həmçinin bildirib ki, Fransa qanunlarına əsasən, prezidentin ölkənin qanunverici orqanı tərəfindən təsdiqlənmiş hər hansı bir qanuna veto qoymaq hüququ yoxdur. Və Fransada Xolokosta dair analoji qanun mövcuddur.

Səfir qanun layihəsi təsdiq olunarsa, onun Fransada yaşayan digər xalqlara deyil, yalnız fransızlara şamil olunacağına ümidvar olduğunu bildirib.

Fransanın ATƏT-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun tərkibindən çıxarılması ilə bağlı deyilənləri şərh edən B. Şafo bildirib ki, fransalı həmsədr Bernar Fasye Fransa parlamentini deyil, hökumətini təmsil edir. Ona görə də, onun fikrincə, Fransanın çıxarılmasından söhbət belə gedə bilməz. Bundan başqa, Azərbaycan prezidenti və XİN başçısı bununla bağlı heç bir bəyanat verməyib, - deyə səfir söyləyib.

Xəbər lenti

Xəbər lenti