Sabah Azərbaycanın işğal olunmuş ərazilərində yanğın faktlarını araşdıran ATƏT-in beynəlxalq ekspert qrpunun bölgəyə səfəri başa çatır. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik Trend ə eksklüziv olaraq məlumat verib.
Bu gün A.Kaspşik iqçi qrupuna qoşulub və sabah missiya Yerevana gedəcək. Orada rəsmi şəxslərlə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır. O əlavə edib ki, müəyyən vaxtdan sonra səfərin yekunları üzrə hesabat hazırlanacaq və ATƏT rəhbərliyinə təqdim olunacaq.
Xatırladaq ki, 10 ekspertdən ibarət qrupa ATƏT-in iqtisadi və ekoloji fəaliyyət məsələləri üzrə koordinatoru Bernard Snou rəhbərlik edir. Missiya oktyabrın 4-də yanğından zərər çəkmiş ərazilərə yola düşüb. Ekspert qrupunun vəzifəsi yanğından dəymiş ziyanı qiymətləndirmək və ekoloji əməliyyatların keçirilməsidir.
Yerevana yola düşməzdən əvvəl missiya Azərbaycanda danışıqlar aparıb.