...

İordaniyanın baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 12 Oktyabr 2006 13:45 (UTC +04:00)
İordaniyanın baş naziri Azərbaycana səfər edəcək

Noyabr ayının ilk ongünlüyündə İordaniyanın baş naziri Maruf əl-Baxitin (Marouf Bakhit) başçılıq etdiyi hökümət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı Trend ə eksklüziv olaraq məlumat verib.

Səfər zamanı baş naziri İordaniyanın işgüzar dairələrinin təxminən 20 nümayəndəsindən ibarət nümayəndə heyəti müşayiət edəcək. Səfərin məqsədi Azərbaycan və İordaniya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də İordaniya kralı II Abdullanın bu il avqustun 22-23-də Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların reallaşdırılması məsələlərinin müzakirəsidir.

E. Araslı bildirib ki, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrini əhatə edən ikitərəfli əməkdaşlıq üzrə sənəd layihələri hazırlanır.

Xəbər lenti

Xəbər lenti